Faydalı
Yenidoğulmuş körpə üçün ilk ayın
Faydalı
81

Yenidoğulmuş körpə üçün ilk ayın vacib əşyaları

Mütəxəssislər bildirirlər ki, valideynlər körpənin ilk günlərindən etibarən rahatlığı və təhlükəsizliyi üçün bəzi vacib əşyaları əvvəlcədən hazırlamalıdırlar.

E-saglam.az xəbər verir ki, doğum evinə uşaq bezi, papaq, corab, bir neçə dəst geyim və şəxsi gigiyena vasitələri aparmaq kifayətdir. Tibbi dərmanlar və yataq dəstləri isə xəstəxanada verilir.

Həkimlər yeni doğulmuşlar üçün təmiz pambıqdan hazırlanan geyimlərin — bodi, tulum, başlıq, corab və cızılmaya qarşı əlcəklərin — seçilməsini tövsiyə edirlər.

Qulluq üçün uşaq vannası, uşaq bezi, nəmləndirici krem, nəm salfet və hipoalerjenik şampun kifayətdir.

Körpənin rahat yuxusu üçün ortopedik döşəkli beşik, təbii yataq dəsti və dəyişən masa vacib hesab olunur.

Qidalanma zamanı butulka, sterilizator, döş pompası və qidalanma yastığı, gəzintilər üçün isə uşaq arabası və avtomobil oturacağı əsas əşyalardır.

Neonatoloqlar valideynlərə alış-veriş zamanı say çoxluğuna deyil, körpənin sağlamlığına və rahatlığına uyğun seçimlər etməyi tövsiyə edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun