Sağlamlıq
Yağış öncəsi oynaqlarımız
Sağlamlıq
58

Yağış öncəsi oynaqlarımız niyə ağrıyır?

Nevroloq, “Gemotest” laboratoriyasının mütəxəssisi Yekaterina Demyanovskaya bildirib ki, yağışdan əvvəl oynaqlarda yaranan ağrılar atmosfer təzyiqi və rütubət səviyyəsindəki dəyişikliklərlə bağlıdır.

E-saglam.az xəbər verir ki, RIAMO-ya açıqlamasında həkim qeyd edib ki, artrit və artrozdan əziyyət çəkən insanlar hava şəraitinə qarşı daha həssas olurlar.

“Yağış və ya qar yağmazdan əvvəl atmosfer təzyiqi azalır. Bu zaman oynaqlardakı daxili mayenin təzyiqi kompensasiya xarakterli olaraq artır. Sağlam insanlarda bu dəyişikliklər hiss olunmur, çünki onların oynaqlarında təzyiq fərqini tarazlaşdıran elastik qığırdaq və kifayət qədər sinovial maye mövcuddur,” – deyə Demyanovskaya izah edib.

Mütəxəssisin sözlərinə görə, yüksək rütubət də narahatlığa səbəb ola bilər. Bu hal oynaqlar ətrafındakı toxumaların şişməsi ilə nəticələnir və artıq zədələnmiş oynaqlara əlavə təzyiq göstərir.

Demyanovskaya həmçinin psixosomatik amili də qeyd edib:

“Bəzi insanlar hava dəyişməsini ağrı ilə əlaqələndirir və şüuraltı olaraq vəziyyətlərinin pisləşəcəyini gözləyirlər. Bu da ağrının qavranılmasını gücləndirə bilər”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun