Sağlamlıq
Qanı xolesterindən təmizləyən
Sağlamlıq
136

Qanı xolesterindən təmizləyən məhsul açıqlandı

Kardioloq, tibb elmləri namizədi Yelena Korşun bildirib ki, mal əti, donuz əti və toyuq əti qanı xolesterindən təmizləməyə və şəkər səviyyəsini aşağı salmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis televiziya proqramında çıxışı zamanı qeyd edib ki, bu ət növləri taurin adlı faydalı maddə ilə zəngindir. Aparılan elmi tədqiqatlara görə, taurin orqanizmdə qlükoza səviyyəsini azaldır, insulinə həssaslığı artırır və damar sistemini qoruyur.

“Taurin, şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün xüsusilə vacibdir, çünki bu maddə damarlarla bağlı ağırlaşmaların qarşısını alır,” – deyə həkim vurğulayıb.

Korşunun sözlərinə görə, taurin qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir – bu maddə orqandakı qan dövranını yaxşılaşdırır və hüceyrələri zədələnmədən qoruyur. Qaraciyər xolesterinin əsas istehsal olunduğu orqan olduğundan, taurin “pis” xolesterinin, trigliseridlərin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azalda bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun