Sağlamlıq
Sidik qaçırma nədən olur və
Sağlamlıq
17

Sidik qaçırma nədən olur və necə müalicə olunur?

Sidik qaçırma (tibbi adıyla inkontinans) — insanın sidiyini istəmədən saxlayıb tuta bilməməsidir. Bu, ya gülərkən, öskürərkən, qaçarkən sızıntı şəklində, ya da qəfil sidik hissi ilə tualetə çatmadan baş verə bilər.

E-saglam.az xəbər verir ki, əsas səbəblər aşağıdakılardır:

  1. Zəifləmiş pelvik (çanaq dibi) əzələləri

    • Xüsusilə doğuşdan sonra qadınlarda bu əzələlər boşalır.

    • Kişilərdə isə prostat əməliyyatlarından sonra bu problem yarana bilər.

  2. Hormonal dəyişikliklər

    • Menopoz dövründə estrogen hormonunun azalması sidik kisəsinin nəzarətini zəiflədə bilər.

  3. Sidik yolları infeksiyaları

    • Keçici sidik qaçırma hallarına səbəb ola bilər.

  4. Sinir sistemi pozğunluqları

    • Diabet, insult, Parkinson və onurğa beyni zədələri bu əzələlərin idarəsini poza bilər.

  5. Piylənmə və xroniki öskürək

    • Qarın daxili təzyiqi artıraraq sidik qaçırmanı gücləndirir.

Sidik qaçırmanın növləri:
  • Stress tipi: güləndə, öskürəndə, idman edəndə sidik sızması.

  • Təcili (urge) tipi: qəfil sidik hissi gəlir və tualetə çatmadan qaçır.

  • Qarışıq tip: hər iki hal bir yerdə müşahidə olunur.

  • Axıntı tipi: sidik kisəsi tam boşalmadığı üçün davamlı damcı şəklində sızma olur.

Həlli yolları və müalicə:
  1. Pelvik döşəmə (Kegel) məşqləri:

    • Sidiyi saxlayarkən işləyən əzələləri gücləndirir.

    • Gündə 10-15 dəfə, 3 set şəklində edilməlidir.

    • Qadınlar və kişilər üçün eyni dərəcədə faydalıdır.

  2. Sidik kisəsi məşqləri:

    • Sidik hissi gələndə dərhal getmək yerinə, bir neçə dəqiqə gözləyərək kisəni tərbiyələndirmək.

  3. Ağırlıq nəzarəti və qidalanma:

    • Artıq çəki və qəbizlik sidik qaçırmanı artırır.

    • Qəhvə, spirt və qazlı içkilərdən uzaq durmaq lazımdır.

  4. Fizioterapiya və biofeedback üsulları:

    • Əzələləri doğru şəkildə işlətməyi öyrədir.

  5. Dərman müalicəsi:

    • Təcili tip inkontinansda həkim tərəfindən təyin olunur.

  6. Cərrahi müalicə:

    • Qadınlarda “sling” əməliyyatı (sidik kanalını dəstəkləyən lent yerləşdirilməsi).

    • Kişilərdə süni sidik sfinkteri və ya uretro lift üsulları istifadə olunur.

Nə vaxt həkimə müraciət etməli:
  • Sidik qaçırma gündəlik həyatınıza mane olursa,

  • Qoxu, infeksiya, ağrı və ya sidikdə qan müşahidə olunursa,

Sidik qaçırma doğuşdan və ya əməliyyatdan sonra uzun müddət davam edirsə.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun