Ani emosional travmalar, yas, sevdiyinin itkisi və ya böyük həyat dəyişiklikləri yalnız psixologiyanı deyil, fiziki sağlamlığı da təsir edə bilər.
E-saglam.az xəbər verir ki, tibb sahəsində Takotsubo Kardiyomiyopatiyası adlanan və “qırıq ürək sindromu” kimi tanınan bu vəziyyət, xüsusilə menopoz sonrası qadınlarda müşahidə olunur.
Ürək tutması ilə oxşar simptomlar:
Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Kardiologiya Müəllimi, Doç. Dr. Ahmet Anıl Şahin bildirir ki, bu sindrom ani döş ağrısı, nəfəs darlığı və elektrokardioqrafik dəyişikliklər kimi əlamətlərlə ortaya çıxır və bu səbəbdən ürək tutması ilə asanlıqla qarışdırıla bilər. Lakin fərq odur ki, koronar arterlərdə heç bir daralma olmadan inkişaf edir.
Tətikləyici faktorlar:
Şahin deyir ki, bu sindrom yas, ani şok, kədər və hətta güclü müsbət emosiyalar kimi intensiv emosional və fiziki stresslə tətiklenir. Ani emosional dalğalanmalar hormon dəyişikliklərinə səbəb olaraq ürəyin qanlanmasını pozur.
“Takotsubo” adı necə yaranıb?
Qırıq ürək sindromunda ürək əzələsində yığılma pozğunluğu yaranır və bu, balonlaşmaya bənzər bir görüntü yaradır. Ad “Takotsubo” isə bu şəkil səbəbilə, yapon balıqçıların səkkizayaq tutmaq üçün istifadə etdiyi alətə bənzədiyi üçün verilib.
Diaqnoz və müalicə:
Sindromun diaqnozu ekokardioqrafiya və ürək MR vasitəsilə asanlıqla qoyulur. Əksər hallarda dəstək müalicəsi kifayət edir, lakin bəzi xəstələrdə kardiyogenik şok, ritm pozğunluğu və ya ürək funksiyasının müvəqqəti azalması kimi ciddi komplikasiyalar görülə bilər. Ürəyin normal funksiyasına qayıtması günlərdən həftələrə qədər davam edə bilər, nadir hallarda isə daimi ürək çatışmazlığı yarana bilər.
Qadınlar diqqətli olmalıdır!
Doç. Dr. Şahin vurğulayır ki, xüsusilə yaxın zamanlarda emosional və ya fiziki stress yaşamış qadınlarda ani döş ağrısı müşahidə olunarsa, Takotsubo sindromu nəzərə alınmalıdır. Psixoloji dəstək və stressin idarə olunması, xəstəliyin təkrarının qarşısını almaq üçün vacibdir.
Tərcümə: Nəzrin Abbas