Sağlamlıq
Yaşlanmanın əsas
Sağlamlıq
119

Yaşlanmanın əsas səbəbi nədir?

Science jurnalının yeni tədqiqatına görə, 20–60 yaş arasında metabolizm sürəti demək olar ki, dəyişmir.

E-saglam.az xəbər verir ki, Mərmərə Universiteti Geriatri Klinikası müəllimi Büşra Can bildirir ki, kilo artımı və yaşlanma əlamətləri əsasən əzələ itkisi (sarkopeniya) ilə bağlıdır.

Əzələ itkisi yavaş-yavaş, bəzən fərq edilmədən gedir və yorğunluq, balans pozğunluğu, insulin müqaviməti kimi problemlərə səbəb ola bilər. Hərəkətsiz həyat, protein çatışmazlığı və xroniki xəstəliklər prosesi sürətləndirir.

Ekspert vurğulayır ki, protein ehtiyacı yaşla azalmaq əvəzinə artır və əzələ itkisini dayandırmaq üçün hər yaşda məşq başlamaq mümkündür. Tövsiyə olunur: həftədə 150 dəqiqə aerobik məşq və 2–3 gün müqavimət məşqləri.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun