Sağlamlıq
Səhərlər şişkinlikdən əziyyət çəkirsiniz? Həkim səbəbləri və
Sağlamlıq
80

Səhərlər şişkinlikdən əziyyət çəkirsiniz? Həkim səbəbləri və çıxış yollarını açıqladı

Terapеvt: Alkoqol, şirniyyat və duz orqanizmdə maye toplanmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, səhərlər üz və bədəndə yaranan şişkinlik (ödem) milyonlarla insanın ortaq problemidir. Bəzən bu, qidalanma ilə bağlı olur, bəzən isə daha ciddi sağlamlıq pozğunluğunun xəbərçisidir.

Terapеvt Stanislava Çeçulina bildirib ki, ödemlərin ən yayılmış səbəblərindən biri alkoqol istifadəsidir. “Spirtli içkilər orqanizmdə su balansını pozur, bədən mayeni saxlamağa başlayır və nəticədə şişkinlik yaranır. Bundan başqa, alkoqol damarları genişləndirərək mayenin toxumalara sızmasına şərait yaradır,” — deyə həkim izah edib.

Duz və şirniyyat da günahkardır:

Mütəxəssisin sözlərinə görə, çox duzlu və şirin qidalar da bədəndə suyun toplanmasına gətirib çıxarır. Duz natrium səviyyəsini artıraraq böyrəklərin suyu saxlamasına səbəb olur. Şirniyyatlar və qazlı içkilər isə su-duz balansını pozur.

Həmçinin, çox ədviyyatlı yeməklər susuzluğu artırır və nəticədə insan daha çox su içir — bu da ödemi gücləndirir.

Xəstəliklər də səbəb ola bilər:

Əgər şişkinlik alkoqol və qidalanma ilə bağlı deyilsə, o zaman səbəb ürək, böyrək, qaraciyər və ya damar xəstəlikləri ola bilər. Xüsusilə səhərlər üzdə və ayaqlarda yaranan ödemlər bu orqanlarla bağlı problemlərdən xəbər verir.

Bəzən ödem allergik reaksiya nəticəsində də baş verir. Üz və boğazda qəfil şişkinlik yaranarsa, bu, həyati təhlükə yarada bilər — dərhal təcili yardım çağırmaq lazımdır.

Nə etmək lazımdır?

Əgər şişkinlik yanlış qidalanmadan qaynaqlanırsa, soyuq kompreslər, kontrast duşidman kömək edə bilər. Həkimlər həmçinin limfodrenaj masajı, kompress corablarmagneziumla zəngin qidaları (yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar) tövsiyə edir.

Üz ödemlərinə qarşı soyuq maskalar, patçlar və üz masajı da faydalıdır.

Profilaktika üçün 6 qayda:

  1. Gündəlik duz qəbulunu 5 qramdan çox etməmək.

  2. Gecə çox yeməmək.

  3. Yağlı və qızardılmış qidalardan uzaq durmaq.

  4. Gün ərzində 1,5–2 litr su içmək.

  5. Hər gün hərəkətdə olmaq, ən azı 30 dəqiqə gəzinti.

  6. Kifayət qədər yatmaq və istirahət etmək.

Əgər bütün bu tədbirlərə baxmayaraq ödem keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun