Mütəxəssislər bildirirlər ki, səhər yeməyini atlamaq orqanizmin enerji balansına, maddələr mübadiləsinə və ümumi sağlamlığa ciddi təsir göstərir.
E-saglam.az xəbər verir ki, gecə boyunca uzunmüddətli aclıqdan sonra bədən günə enerji ehtiyatlarını bərpa etməklə başlamalıdır. Əks halda, bir sıra sağlamlıq problemləri qaçılmaz olur.
1. Maddələr mübadiləsi zəifləyir
Səhər yeməyi gün ərzində maddələr mübadiləsini aktivləşdirən əsas faktorlardan biridir. Onu atladıqda bədən enerjiyə qənaət rejiminə keçir və bu, piylərin toplanmasına səbəb ola bilər.
2. Konsentrasiya və yaddaş zəifləyir
Elm adamlarının fikrincə, səhər yeməyini buraxan insanlarda diqqət toplama və yadda saxlama qabiliyyəti azalır. Bu da iş və təhsil məhsuldarlığını aşağı salır.
3. Qan şəkəri səviyyəsi pozulur
Uzun müddət ac qalmaq qan şəkərinin kəskin düşməsinə səbəb olur. Bu isə halsızlıq, əsəbilik və hətta başgicəllənmə ilə müşahidə oluna bilər.
4. Mədə problemləri yaradır
Boş mədə ilə günə başlamaq turşuluğun artmasına, qastrit və reflüks kimi xəstəliklərin yaranmasına şərait yaradır.
5. Artıq çəki riski artır
Tədqiqatlar göstərir ki, səhər yeməyini atlayan insanlar gün ərzində daha çox yeyir və xüsusilə şirniyyat və fast-food kimi qidaları seçir. Bu da kökəlmə riskini artırır.
Günə yüngül, amma qidalandırıcı səhər yeməyi ilə başlamaq vacibdir. Yulaf, yumurta, meyvə və süd məhsulları kimi balanslı qidalar həm enerjini artırır, həm də uzun müddət toxluq hissi yaradır.
Tərcümə: Nəzrin Abbas