Sağlamlıq
Cinsi aktivliyin olmaması kişilərin sağlamlığına
Sağlamlıq
218

Cinsi aktivliyin olmaması kişilərin sağlamlığına necə təsir edir?

Uzun müddət cinsi həyatdan uzaq qalmaq kişi orqanizmi üçün müəyyən risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, həkimlər bildirir ki, cinsi aktivliyin azalması hormonal balansın pozulmasına, stres səviyyəsinin artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb ola bilər.

Endokrinoloqlar qeyd edir ki, cinsi fəaliyyət testosteron səviyyəsinin qorunmasına kömək edir. Testosteron isə kişilərdə əzələ kütləsi, sümüklərin sağlamlığı, enerji səviyyəsi və ümumi əhval-ruhiyyə üçün vacibdir. Onun azalması nəticəsində kişi özünü halsız, depressiv və yorğun hiss edə bilər.

Uroloqlar isə bildirir ki, cinsi aktivliyin azalması prostat sağlamlığı üçün də risk daşıya bilər. Daimi boşalma prosesi prostatın funksiyasını qorumağa kömək edir.

Ekspertlərin tövsiyəsi: cinsi həyatın olmaması tamamilə ziyanlı olmaya bilər, lakin uzun müddət abstinensiya zamanı sağlamlığa mənfi təsirləri minimuma endirmək üçün həkimlə məsləhətləşmək və sağlam həyat tərzi saxlamaq vacibdir.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun