Qidalanma
Şüyüdün faydası və təhlükəsi:
Qidalanma
239

Şüyüdün faydası və təhlükəsi: kimlər yeməməlidir?

Şüyüd vitaminlər, minerallar və liflə zəngin, az kalorili bitkidir. Ekspertlər bildirir ki, ürək xəstəlikləri, yüksək təzyiq və bağırsaq problemləri olanlar üçün faydalıdır, qan şəkərini və xolesterini azaldır, dərini qoruyur.

E-saglam.az xəbər verir ki, uşaqlara hər yaşda verilə bilər, yalnız yaxşı yuyulmalı və kiçik hissələrdə təqdim edilməlidir. Təzə halda yeyilməsi daha faydalıdır, çuqun qab istifadə edilməməlidir.

Lakin böyrək daşları olan, mədə və bağırsaqda eroziya, qastrit və ülser xəstələri şüyüddən uzaq durmalıdır. Alkoqol ilə birlikdə qəbul oksalatların böyrəklərdə yığılmasına səbəb ola bilər. Günlük 400–500 qramdan çox istehlak toksik təsir göstərə bilər.

Həkimlər şüyüdü ətlə, balıqla və dəniz məhsulları ilə birgə yeməyi tövsiyə edir ki, mədə turşuluğu balanslansın.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun