Gözəllik-dəb
Payız və qışda ayaq dərisinin quruluğu:
Gözəllik-dəb
130

Payız və qışda ayaq dərisinin quruluğu: səbəblər və həll yolları

Soyuq mövsümdə ayaq dərisinin quruması tez-tez rast gəlinən problemdir.

E-saglam.az xəbər verir ki, dermatoloq və kosmetoloqlar bunun səbəbləri və müalicə yolları barədə məlumat verirlər.

Səbəblər:

  • Quru hava və istilik sistemi dərini qurudur.

  • Dar və keyfiyyətsiz ayaqqabılar, səhv duş vasitələri.

  • Yaşla bağlı dəri incəlir, elastikliyi azalır, “yağ yastıqları” itir.

  • Dəmir, vitamin A və D, iyod çatışmazlığı, bəzi hallarda qalxanvari vəzin zəif fəaliyyəti.

  • Nadir hallarda göbələk infeksiyaları da quruluq və çatlara səbəb ola bilər.

Həll yolları:

  1. Dəriyə qulluq: Vitamin A və D, urea və parafin tərkibli ayaq kremləri, pedikür.

  2. Rütubət və istilik: Quru havada rütubət artırmaq, isti ayaqqabılar və corablar, otaq havalandırması.

  3. Qidalanma və əlavələr: Yod, omega-3, yağda həll olan vitaminlər (A, D, E) zəngin məhsullar; su kifayət qədər içmək.

  4. Ayaq gigiyenası: Ayaqları mütəmadi yuyub, maska və sərt kimyəvi vasitələrdən uzaq durmaq.

  5. Sağlamlıq yoxlaması: Çatların göbələkdən qaynaqlanıb-qaynaqmadığını müəyyən etmək üçün həkimə müraciət.

Qeyd edək ki, dəri çox quru və çatlıdırsa, yalnız evdə qulluq kifayət etmir; səbəbini tapmaq üçün dermatoloq və podoloqa müraciət etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun