Sağlamlıq
Uşaqları qış xəstəliklərindən necə qorumaq olar? – Pediatrlardan
Sağlamlıq
117

Uşaqları qış xəstəliklərindən necə qorumaq olar? – Pediatrlardan 5 vacib məsləhət

Qış aylarında uşaqların daha tez-tez xəstələnməsi valideynlərin əsas narahatlıqlarındandır.

E-saglam.az xəbər verir ki, pediatrlar uşaqların sağlamlığını qorumaq üçün mühüm tövsiyələr veriblər.

 Soyuqlamış uşaqla gəzintiyə çıxmaq olarmı?
Həkimlərin sözlərinə görə, hər vəziyyət fərqlidir. Uşağın hərarəti, halsızlığı və ya qusması varsa, evdə qalmaq və otağı tez-tez havalandırmaq lazımdır. Əgər uşaq özünü yaxşı hiss edirsə, qısa gəzintilər (30 dəqiqəyə qədər) zərərli deyil.

 Quru hava uşağın sağlamlığına necə təsir edir?
İstilik mövsümündə evdə havanın rütubəti azalır, bu da burun selikli qişasının qurumasına və immun sisteminin zəifləməsinə səbəb olur. Pediatrlar otaqda rütubətin 50–60% səviyyəsində saxlanılmasını, hava nəmləndiricisindən istifadəniotağın mütəmadi havalandırılmasını tövsiyə edir.

 Uşaq üşüyəndə nə etməli?
Əgər uşağın dərisi solğunlaşıb, dodaqları göyəribsə və titrəmə başlayıbsa, bu – hipotermiyanın (bədən soyuması) əlamətidir. Körpəni isti otağa aparmaq, yavaşca isindirmək və isti içki vermək lazımdır. Körpələrdə dərini güclü sürtmək olmaz.

 Qışda hansı analizləri vermək vacibdir?
Uşaq tez-tez xəstələnirsə, qan və sidik analizi aparmaq məsləhətdir. Bundan əlavə, D vitamini və dəmir səviyyəsi yoxlanmalıdır – onların çatışmazlığı immuniteti zəiflədir. Vitamin və əlavələri həkim göstərişi olmadan vermək olmaz.

 Qışda uşağın qidalanması necə olmalıdır?
Pediatrlar uşağın menyusuna mütləq bu məhsulları daxil etməyi tövsiyə edir:
Meyvə və tərəvəzlər (xüsusilə sitrus, kələm, yerkökü)
Süd məhsulları – kalsium və protein üçün
Qoz-fındıq və toxumlar – beyin və immunitet üçün
Balıq, yumurta, ət və paxlalılar – dəmir və B qrup vitaminləri üçün
Kifayət qədər su – bədənin nəm balansı üçün vacibdir

Qeyd edək ki, qış aylarında uşağın sağlam qalması üçün düzgün qidalanma, optimal hava şəraiti, gigiyena və həkim nəzarəti vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun