Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və sağlam həyat tərzi orqanizmin cavanlığını qorumaqda əsas rol oynayır.
E-saglam.az xəbər verir ki, Nütrisioloq Yuliya Lomkova deyib ki, yaşlanmanı ləngitməyin sirri bədəndəki oksidləşdirici stressin və iltihabi proseslərin azaldılmasındadır.
Hansı qidalar faydalıdır?
Diyetoloqların sözlərinə görə, antioksidantlarla zəngin məhsullar cavan qalmağa kömək edir. Bunlara:
-
təzə tərəvəzlər və giləmeyvələr,
-
qoz-fındıq,
-
yaşıl çay,
-
dəniz məhsulları və balıq,
-
bütöv taxıllar daxildir.
Bu məhsullar hüceyrələri sərbəst radikallardan qoruyur və dərinin elastikliyini saxlayır.
Vitamin və minerallar:
Mütəxəssislər A, C, D və E vitaminlərini, həmçinin sink, dəmir, maqnezium və selen kimi mineralları vacib sayır. Onlar dərinin bərpasını və kollagenin sintezini stimullaşdırır.
Bununla belə, vitaminləri nəzarətsiz qəbul etmək olmaz – artıq dozalar orqanizmə zərər verə bilər.
Hansı içkilər faydalıdır?
Nütrisioloqlar yaşıl çay, itburnu dəmləməsi və təzə tərəvəz şirələrini tövsiyə edirlər. Gün ərzində təxminən 30 ml su/kq bədən çəkisinə uyğun maye qəbulu vacibdir.
Nələrdən uzaq durmaq lazımdır?
Yaşlanmanı sürətləndirən əsas amillər:
-
şəkər və duzun artıq miqdarı,
-
emal olunmuş ət məhsulları (kolbasa, sosiskalar),
-
marqarin tərkibli qidalar,
-
keyfiyyətsiz fastfud və qablaşdırılmış souslardır.
Diyetoloqlar həmçinin çoxlu qırmızı ətin də dərinin və damarların vəziyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Fiziki aktivlik də vacibdir:
Fitnes-mütəxəssislər qeyd edir ki, yüngül fiziki aktivlik, gəzintilər, yoqa və streçinq bədənin gəncliyini qorumağa kömək edir. Lakin çox intensiv məşqlər orqanizmin tez köhnəlməsinə səbəb ola bilər.
Tərcümə: Nəzrin Abbas