Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, bəzi qida əlavələri düzgün miqdarda təhlükəsiz olsa da, bəziləri sağlamlığa ciddi zərər verə bilər.
E-saglam.az xəbər verir ki, natrium nitrit (E250) adlanan maddə kolbasa və konserv məhsullarının tərkibində olur. Bu maddə məhsulun rəngini və dadını qoruyur, bakteriyaların yaranmasının qarşısını alır. Lakin çox istifadə edildikdə mədə pozğunluğu və zəhərlənmə riski yaradır.
Həkim vurğulayıb ki, 3 yaşına qədər uşaqlar üçün E250 tamamilə qadağandır. Həmçinin E216, E217, E240 kimi bəzi əlavələr də allergiya və hormonal problemlərə səbəb ola bilər.
Kaşux qeyd edib ki, bütün E kodlu əlavələr zərərli deyil. Məsələn, E330 – limon turşusu, E500 – adi soda, E406 – agar-agar (təbii qalınlaşdırıcı) kimi maddələr təhlükəsiz hesab olunur.
Həkim məsləhət görür ki, insanlar hazır souslardan, qazlı içkilərdən, cips və kolbasa kimi emal olunmuş məhsullardan az istifadə etsinlər, çünki bu məhsullarda əlavələrin miqdarı çox olur və uzunmüddətli istifadə sağlamlığa zərər verə bilər.
Qeyd edək ki, Qida əlavələrinin hamısı təhlükəli deyil, amma uşaqlar, hamilə qadınlar və xroniki xəstəliyi olanlar belə məhsullardan mümkün qədər uzaq durmalıdır.
Tərcümə: Nəzrin Abbas