Sağlamlıq
Həkim: Gündə iki desert yemək
Sağlamlıq
166

Həkim: Gündə iki desert yemək sağlamlığa zərər vermir

Qastroenteroloq Sergey Vyalov bildirib ki, bir çox insan şirniyyatları tamamilə zərərli hesab edir, lakin bu, doğru deyil.

E-saglam.az xəbər verir ki, o, Telegram kanalında sağlamlığa zərər vermədən gün ərzində neçə desert yeməyin mümkün olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, gündə iki desert qəbul etmək sağlamlıq üçün təhlükəli deyil. Onları səhər yeməyi və nahar zamanı yemək daha məqsədəuyğundur. “İki desert yeyərək biz normadan artıq şəkər qəbul etmirik,” – deyə Vyalov vurğulayıb.

Həkim əlavə edib ki, bu miqdarda şirniyyat gündəlik 30–50 qram sürətli şəkər limitinə tam uyğundur. Bundan başqa, desertlər yalnız qida deyil, həm də müsbət emosiyalar mənbəyidir. Bu isə artıq yemək istəyini azaldır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun