Faydalı
Erkən yaşda telefon istifadəsi
Faydalı
78

Erkən yaşda telefon istifadəsi ruh sağlamlığını pozur

Dünya üzrə 100 mindən çox yeniyetmənin iştirak etdiyi yeni araşdırma göstərib ki, 13 yaşından əvvəl ağıllı telefon sahibi olmaq, gənclik illərində ciddi psixoloji problemlərlə əlaqəlidir.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu yaşda telefondan istifadə edənlər 18–24 yaş aralığında intihar düşüncələri, aqressiya, emosional qeyri-sabitlik, reallıqdan uzaqlaşma və özünə dəyər hissinin azalması kimi çətinliklərlə daha çox üzləşir.

Mütəxəssislər bu vəziyyətin səbəbləri arasında sosial şəbəkələrə erkən qoşulma, kiberzorakılıq, yuxu rejiminin pozulması və ailədaxili münasibətlərin zəifləməsini göstərirlər.

Məsələn, 13 yaşında telefon sahibi olanların zehni sağlamlıq balı orta hesabla 30, 5 yaşında telefon sahibi olanların isə cəmi 1 olaraq ölçülüb.

Mütəxəssislərdən təcili xəbərdarlıq

Araşdırmanı aparan Sapien Labs-ın baş elmi işçisi Dr. Tara Tiagaracan, alkoqol və siqaret üçün tətbiq edilən yaş məhdudiyyətlərinə bənzər şəkildə, 13 yaşdan kiçik uşaqların ağıllı telefona çıxışının məhdudlaşdırılmasını vacib sayır:

“Formalaşmaqda olan zehinlər onlayn mühitdən daha dərin şəkildə təsirlənir. Buna görə də siyasətçilər ehtiyatlı və məsuliyyətli yanaşma qəbul etməlidirlər.”

Fərqli ölkələrdə tədbirlər

Araşdırmada bir sıra ölkələrin bu sahədə artıq addımlar atdığı qeyd olunur.
Fransa, Hollandiya, İtaliya və Yeni Zelandiya məktəblərdə telefon istifadəsini qadağan edib. ABŞ-ın bəzi ştatlarında – Nyu-York, Alabama və Oklahoma kimi bölgələrdə – oxşar məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Hollandiya hökumətinin apardığı rəsmi araşdırma bu qadağaların şagirdlərin diqqətini artırdığını göstərib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun