Dırnaq kəsmə səhvləri və kiçik yaralar, xüsusilə diabet xəstələri üçün ciddi təhlükə yaradır.
E-saglam.az xəbər verir ki, ürək-damar cərrahı Prof. Dr. Cengiz Köksal xəbərdarlıq edərək bildirib ki, diqqət edilməzsə bu, ayağın itirilməsinə qədər ciddi nəticələrə yol aça bilər.
Diabet xəstələrində ayaq yaralanmaları gizli təhlükədir və çox vaxt ağrı vermədən inkişaf edir. Bu da damar tıxanması və sinir zədələnməsinə gətirib çıxara bilər. Mütəxəssis qeyd edir ki, diabet xəstələri yalnız ürək sağlamlığına deyil, ayaq baxımına da xüsusi diqqət göstərməlidir.
Hər gün ayaqlarınızı yoxlayın
Prof. Köksal bildirir ki, diabet xəstələri sinir zədələnməsi səbəbi ilə ayaqlarındakı ağrını hiss etmirlər. Ona görə də hər gün ayaqlarını yoxlamalı, ən kiçik yara, qara nöqtə və ya qızartını ciddiyə almalıdırlar. 3–4 gün içində ciddi problemlər yarana bilər.
Dırnaqlar və topuqlar:
- Dırnaqlar düz və nəzarətli kəsilməlidir, dipdən kəsmək təhlükəlidir.
- Topuqlarda çatlar olmamalıdır, çünki mikroblar buradan daxil ola bilər.
- Barmaq aralarındakı qaşıntılara diqqət edilməli, çünki bu, göbələk infeksiyasına səbəb ola bilər.
Ayaqqabı və corab seçimi:
- Sərt ayaqqabılar geyilməməlidir, yumşaq və rahat tabanlı modellər seçilməlidir.
- Corablar uzun müddət istifadə edilməməli və ya yüksək temperaturda yuyulmalıdır.
Prof. Köksal, diabet xəstələrinin ayaqlarına əlləri qədər diqqət göstərməli, hər gün yumşaldıcı kremlərlə baxım etməli olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, tıkalı damarlar açılmadan ayaqdakı infeksiyalar sağalmır.
“Ayağınızda ən kiçik dəyişiklikdə dərhal kalp və damar cərrahına müraciət edin".
Tərcümə: Nəzrin Abbas