Sağlamlıq
Fərqinə varmadan “çox duz”
Sağlamlıq
210

Fərqinə varmadan “çox duz” istifadə edə bilərsiniz

Mütəxəssislər xəbərdarlıq edir: gündəlik duz qəbulu 5 qramı keçməməlidir. Lakin araşdırmalara görə, orta hesabla gündə 15–18 qram duz istifadə olunur ki, bu da sağlamlıq üçün ciddi təhlükə yardır.

E-saglam.az xəbər verir ki, Kardioloq Dr. Demet Erciyes bildirib ki, artıq duz istehlakı hipertoniya, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı və mədə xərçəngi riskini artırır. Duzun tərkibindəki natrium bədəndə su tutulmasına səbəb olaraq qan təzyiqini yüksəldir, damarların sərtləşməsinə və iltihaba yol açır.

Ekspert qeyd edib ki, insanların çoxu duzu yalnız yeməkdə istifadə etdiklərini zənn edir, lakin gündəlik qəbulun böyük hissəsi hazır və işlənmiş məhsullardan – kolbasa, pendir, souslar, fast-food və konservlərdən gəlir.

Həkimə görə, ən sağlam seçim iyotlu sofra duzudur. Himalay və dəniz duzları əlavə fayda vermir.

Duzu azaltmaq üçün məhsul etiketlərindəki sodyum miqdarına diqqət etmək, duzlu pendir və qəlyanaltılardan uzaq durmaq, yeməkləri limon, sirkə və ədviyyatlarla dadlandırmaq tövsiyə olunur.

Dr. Erciyes bildirib ki, duzun azaldılması yalnız hipertoniya xəstələri üçün deyil, sağlam fərdlər üçün də vacibdir, çünki artıq sodyum uzunmüddətli dövrdə ürək və böyrəklərə zərər verir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun