Qidalanma
Səhər yeməyində sevilən bu məhsul sağlamlığa
Qidalanma
144

Səhər yeməyində sevilən bu məhsul sağlamlığa zərər verə bilər

Səhər süfrələrinin sevimli dadlarından biri olan labne pendiri yumşaq toxuması və yüngül dadı ilə tez-tez seçilir. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu pendirin həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, tam yağlı süddən hazırlanan labne yüksək miqdarda doymuş yağ ehtiva edir. Onun çox istifadəsi gündəlik kalori qəbulunu artırır, bədəndə yağ yığılmasına və xolesterinin yüksəlməsinə səbəb olur.

Ürək-damar sağlamlığı üçün risk
Doymuş yağ baxımından zəngin olan labnenin çox yeyilməsi, xüsusilə ürək-damar və təzyiq problemi olan şəxslər üçün təhlükə yaradır. Artan xolesterin səviyyəsi damar tıxanıqlığı və ürək xəstəliklərinə zəmin hazırlayır.

Bəzi markalar tərəfindən istehsal edilən labne pendirlərində yüksək miqdarda natrium (duz) müəyyən edilib. Həddindən artıq duz qəbulu isə yüksək təzyiq və böyrək sağlamlığına mənfi təsir göstərir.

Mütəxəssislər labnenin tamamilə rasiondan çıxarılmasına ehtiyac olmadığını, lakin onu az miqdarda və balanslı şəkildə istehlak etməyin vacibliyini vurğulayır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun