Havanın soyuması ilə birlikdə, virusların səbəb olduğu qrip və soyuqdəymə kimi xəstəliklər daha çox görülür. BBC, viruslar və infeksiyalarla mübarizədə faydalı ola biləcək bəzi əlavələri qeyd edib:
-
C vitamini: Soyuqdəymədən qorunmağa kömək edə bilər. Əgər defisit yoxdursa, balanslı qidalanmaya diqqət yetirmək daha önəmlidir.
-
D vitamini: Qışda günəş işığı azalanda D vitamini əlavəsi qəbul edilə bilər.
-
Dekonjestan sprey: Burun açıcı spreylər dərhal rahatlıq təmin edir, amma çox tez-tez istifadə edilməməlidir.
-
Toyuq şorbası: Boğazı rahatladır və simptomları yüngülləşdirir. Eyni zamanda bədənə maye qəbulunu təmin edir.
Bu əlavələr və sadə ev üsulları, soyuq aylarda immun sisteminizi gücləndirməyə və xəstəliklərin təsirini azaltmağa kömək edə bilər. Balanslı qidalanma, kifayət qədər istirahət və gigiyena tədbirləri ilə birlikdə gündəlik rutinə daxil edildikdə, xəstəlik riskini minimuma endirmək mümkündür.
Tərcümə: Nəzrin Abbas