Tibbi xəbərlər
Tibbdə bir ilk: Böyrəkləri qoruyacaq
Tibbi xəbərlər
217

Tibbdə bir ilk: Böyrəkləri qoruyacaq mikroRNA tapıldı

Kanadanın Monreal Universiteti Xəstəxanası Araşdırma Mərkəzinin (CRCHUM) alimləri ilk dəfə böyrəklərdəki incə damarları qorumaq qabiliyyətinə malik mikroRNA müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar miR-423-5p adlanan bu mikroRNA-nın böyrəklərin mikrodamar sağlamlığını qiymətləndirmək üçün qan nümunələrində güclü bir biomarker olduğunu aşkar ediblər.

Əvvəlcə siçanlarda, daha sonra isə 51 böyrək köçürülmüş xəstədə aparılan təcrübələr göstərib ki, bu molekul damarların sağlamlıq vəziyyətini dəqiq əks etdirir.

Daha da maraqlısı — böyrək zədələnmiş siçanlara miR-423-5p yeridildikdə, incə damarların qorunduğu və böyrək zədəsinin azaldığı müşahidə olunub.

Klinik tətbiq sahələri:

Bu test orqan köçürülməsi və ya ürək-damar cərrahiyyəsi kimi qan axınının müvəqqəti dayandırıldığı əməliyyatlarda damar sağlamlığını erkən mərhələdə qiymətləndirməyə imkan verəcək.

Xüsusilə yaşlı, böyrək köçürülmüş və ya yüksək risk qrupuna daxil olan xəstələr bu metod sayəsində daha yaxından və effektiv izlənə biləcək.

Tədqiqat qrupu həmçinin bu mikroRNA-nın birbaşa inyeksiyasız şəkildə böyrəyə daşınmasını təmin edəcək alternativ üsullar üzərində də işləyir.

Geniş təsir potensialı:

Bu kəşf yalnız böyrək xəstələri üçün deyil, həm də ürək, ağciyər və sinir sistemi xəstəlikləri üçün də əhəmiyyətli ola bilər.

Çünki bu xəstəliklərin çoxunda kiçik damarların itirilməsi xəstəliyin irəliləməsində əsas rol oynayır. miR-423-5p adlı bu mikroRNA, böyrəkləri qorumaqla yanaşı, damar sağlamlığını bərpa edən yeni nəsil müalicə üsullarının əsasını qoya bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun