Faydalı
Əl sıxma gücünün azalması – xəstəliklərin
Faydalı
281

Əl sıxma gücünün azalması – xəstəliklərin gizli xəbərçisi ola bilər

Sadə bir salamlaşma hərəkəti kimi görünən əl sıxma, əslində orqanizmin ümumi sağlamlığı haqqında mühüm məlumatlar verir.

E-saglam.az xəbər verir ki, alimlərin fikrincə, əl sıxma gücünün azalması — sarkopeniya (yaşla əlaqəli əzələ itkisi), ürək-damar xəstəlikləri, şəkərli diabet, hətta demans kimi nevroloji problemlərin erkən xəbərçisi ola bilər.

Sarkopeniya: Əzələ gücünün səssiz itkisi:

Kanuni Sultan Süleyman Tədris və Araşdırma Xəstəxanasının ortopediya və travmatologiya mütəxəssisi professor Cemil Ertürk bildirib ki, sarkopeniya yaşlılarda daha çox rast gəlinən bir sindromdur və həm əzələ kütləsinin, həm də gücünün azalması ilə xarakterizə olunur.

Bu testlər içində ən sadə və ən praktik üsul isə elə tokalaşmadır. Əl sıxma zamanı əlin istiliyi, titrəməsi və quruluğu ilə yanaşı, güc göstəricisi də hiss olunur. Beləcə, bu sadə hərəkət, insanın əzələ gücü və ümumi sağlamlıq vəziyyəti haqqında ilkin məlumat verə bilir.

Zəif əl sıxma – daha qısa ömür:

Professor Ertürkün sözlərinə görə, bir çox tədqiqatlar əl sıxma gücü ilə insanın ömrü arasında əlaqə olduğunu təsdiqləyib.

“Cənubi Koreyada aparılan 10 min nəfərlik araşdırmada, əl gücü zəif olan şəxslərdə ölüm riski 10 il ərzində iki dəfə yüksək olub," – deyə o qeyd edir.
Üstəlik, meta-analizlər göstərib ki, əl gücü azaldıqca ürək-damar xəstəlikləri və erkən ölüm halları artır.

Yalnız əzələ yox, orqan sağlamlığının da göstəricisidir:

El sıxma gücünün azalması təkcə əzələlərin zəifləməsinə deyil, həm də daxili orqanların funksiyasına təsir edə bilər.

  • Tip 2 şəkərli diabet xəstələrində əl sıxma gücünün azaldığı müşahidə olunub.

  • Zəif əl gücü sümüklərin kövrəkləşməsi və sınıq riskinin artması ilə əlaqələndirilir.

  • Parkinson, Alzheimer, demans və iflic kimi nevroloji xəstəliklərdə də əl gücü əhəmiyyətli dərəcədə azalır.

Professor Ertürk deyir:

“Sadəcə xəstənin əlini sıxmaqla belə, onun əzələ zəifliyini hiss etmək mümkündür. Bu da bəzən gələcəkdə yaranacaq xəstəliklərin erkən xəbərçisi olur“Sadəcə xəstənin əlini sıxmaqla belə, onun əzələ zəifliyini hiss etmək mümkündür. Bu da bəzən gələcəkdə yaranacaq xəstəliklərin erkən xəbərçisi olur".

Bu nəticələr bir daha göstərir ki, sadə bir tokalaşma hərəkəti bədənimizin gücü, dözümlülüyü və ümumi sağlamlıq vəziyyəti haqqında səssiz, amma çox dəyərli siqnallar verir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun