Sağlamlıq
Ağız bakteriyaları infarkt riskini artıra bilər -
Sağlamlıq
68

Ağız bakteriyaları infarkt riskini artıra bilər - Diqqətli olun

Finlandiyada aparılan yeni bir araşdırma göstərib ki, ağızda yaşayan bəzi bakteriyalar birbaşa ürək tutmasını (infarktı) tətikləyə bilər.

E-saglam.az xəbər verir ki, ədqiqat Tampere Universitetinin alimləri tərəfindən həyata keçirilib və ürək-damar xəstəliyi olan 200-dən çox xəstənin damar plakları (yağ çökmələri) analiz edilib.

Alimlər bu nümunələrin əhəmiyyətli bir hissəsində ağız bakteriyalarına məxsus genetik izlər aşkarlayıblar. Araşdırmanın müəllifi Dr. Pekka Karhunen bildirib:

“Uzun illərdir bakteriyaların koronar arter xəstəliklərində rol oynadığı düşünülürdü, lakin indiyə qədər bunun açıq sübutu yox idi. Bizim nəticələr göstərdi ki, bir çox ağız bakteriyalarının DNT-si birbaşa damar plaklarının içində yerləşir".

İnfarktın əsas səbəbi – ateroskleroz

Tədqiqatın mərkəzində ateroskleroz xəstəliyi dayanır — yəni damar divarlarında yağ, xolesterin, kalsium və digər maddələrin toplanması nəticəsində damarların daralması. Zamanla bu plaklar qoparaq qan axınını kəsir və nəticədə ürək əzələsinə oksigen çatmır, bu da infarkta gətirib çıxarır.

Alimlər 121 qəfil ölüm hadisəsi96 cərrahi əməliyyat zamanı götürülmüş nümunələri araşdırıblar. Testlər göstərib ki, “viridans streptokokları” adlanan ağız bakteriyaları damar plaklarının təxminən 42 faizində mövcuddur.

Bakteriyalar immun sistemdən gizlənə bilir.

Araşdırma zamanı bakteriyaların damar plaklarının mərkəzində “biofilm” şəklində gizləndiyi aşkarlanıb. Bu, onların immun sistemdən yayınmasına imkan verir. Mütəxəssislər qeyd edir ki, bu bakteriyalar stress, zəif qidalanma, tənəffüs yolu infeksiyaları və ya hormon dəyişiklikləri nəticəsində aktivləşə və plağın qopmasına səbəb olaraq infarktı tətikləyə bilər.

Ağız və ürək sağlamlığı bir-biri ilə bağlıdır:

Nəticələr göstərir ki, ağız gigiyenası ürək sağlamlığı ilə düşündüyümüzdən daha sıx əlaqəlidir.
Alimlərin fikrincə:

“Tapıntılarımız göstərir ki, sabit damar plakları zamanla qopmağa meylli hala gələ bilər və bunda ağız bakteriyalarının rolu böyükdür. Bu da ürək tutması riskini artırır.”

Araşdırmanın nəticələri Journal of the American Heart Association jurnalında dərc edilib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun