Faydalı
Müxtəlif kino janrlarının psixikaya
Faydalı
227

Müxtəlif kino janrlarının psixikaya təsiri müəyyənləşib

Psixoloq Anna Neqi bildirib ki, müxtəlif film janrları insan psixikasına fərqli təsir göstərir və bu təsir tamaşaçının emosional həssaslığından asılıdır.

E-saglam.az xəbər verir ki, komediyalar stressin azaldılmasına və xoşbəxtlik hormonlarının istehsalına kömək edir. Buna görə də gərgin dövrlərdə komediya janrında olan filmlərə üstünlük vermək tövsiyə olunur.

Dram və melodramlar isə tamaşaçılara mürəkkəb hissləri anlamaq və empatiya qabiliyyətini inkişaf etdirmək imkanı yaradır. Lakin bu janrların çox izlənməsi kədər və melankoliya hisslərini artıra bilər. Psixoloq xüsusilə emosional zəiflik dövründə bu filmlərdən uzaq durmağı məsləhət görür.

Neqinin sözlərinə görə, qorxu filmləri bəzi insanlarda adrenalini artıraraq fobiyaların öhdəsindən gəlməyə kömək edə bilər. Lakin həssas tamaşaçılar üçün bu janr mənfi emosional reaksiyalara səbəb ola bilər.

Trillerlər isə gərginlik hissi yaratdığı üçün narahatlıq və yuxusuzluq riskini artırır. Psixoloq bu janra həddindən artıq müraciət etməməyə çağırır:

“Trillerlər qısa müddətli diqqət dəyişikliyi yaratsa da, uzunmüddətli dövrdə depressiya və narahatlıq hisslərini gücləndirə bilər.”

Mütəxəssis vurğulayıb ki, axşam saatlarında film seçərkən psixoloji vəziyyəti nəzərə almaq vacibdir, çünki insanın film seçimində daxili emosional ehtiyaclar mühüm rol oynayır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun