Narkomaniya üzrə mütəxəssis Gian Fernando gizli (yəni gizlədilən və ya fərqinə varılmayan) alkoqol asılılığının əsas əlamətini açıqlayıb.
E-saglam.az xəbər xəbər verir ki, bu barədə həkim Daily Mail nəşrinə danışıb.
Fernando bildirib ki, stressə qarşı ilk reaksiyanın içkiyə yönəlməsi asılılığın əsas göstəricisidir:
“Əgər stres zamanı ilk etdiyiniz şey bir stəkan şərab tökməkdirsə, gün ərzində tez-tez içirsinizsə və ya bir həftə ərzində nə qədər spirtli içki qəbul etdiyinizi xatırlamırsınızsa, bu, artıq alkoqol asılılığının açıq əlamətidir.”
Mütəxəssis qeyd edib ki, rəsmi tövsiyələrə görə, həftəlik spirtin icazə verilən maksimum miqdarı 3 litrdən çox olmayan yüngül pivə və ya 6 stəkan orta güclü şərabdır. Lakin böyüklərin təxminən 24%-i bu normanı mütəmadi olaraq aşır.
Fernando xəbərdarlıq edib ki, hətta az miqdarda spirtin mütəmadi istifadəsi də yuxu pozğunluqlarına, artıq çəkiyə, narahatlıq səviyyəsinin artmasına və diqqət dağınıqlığına səbəb olur. Uzunmüddətli dövrdə isə bu vərdiş hipertoniya, insult, infarkt və bəzi xərçəng növləri riskini artırır.
Mütəxəssis əlavə edib ki, gizli alkoqol asılılığı olan insanlarda çox vaxt psixi sağlamlıq pozuntuları və nevroloji xəstəliklər müşahidə edilir.
Tərcümə: Nəzrin Abbas