Qidalanma
Həkim: Kruasan səhər yeməyi üçün
Qidalanma
147

Həkim: Kruasan səhər yeməyi üçün faydalı ola bilər

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) cərrahı Karan Racan bildirib ki, səhər yeməyində kruasan yemək sağlamlıq üçün zərərli deyil, əksinə bəzi hallarda faydalı ola bilər. Bu barədə Daily Mirror yazıb.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, səhər yeməyi günün ən vacib qidalanma mərhələsidir. Sağlam qidalanmaya üstünlük verən insanlar səhərlər daha çox faydalı hesab olunan məhsullara yönəlsələr də, kruasanın haqsız yerə “zərərli qidalar” siyahısına salındığını düşünür.

Racan deyib: “Bişmiş məhsulların, xüsusilə də kruasanın əsas üstünlüyü onların bağırsaq bakteriyaları üçün faydalı olmasıdır".  O, maya ilə hazırlanan və yavaş bişirilən xəmirlərin tərkibindəki qlüten və nişastanın parçalandığını, bu səbəbdən belə kruasanların çörəyə nisbətən daha asan həzm olunduğunu qeyd edib.

Cərrah əlavə edib ki, kruasanı soyudulmuş halda yemək daha faydalıdır. Bu zaman davamlı nişasta yaranır və bu maddə nazik bağırsaqda həzm olunmayaraq yoğun bağırsağa keçir. Orada isə faydalı bakteriyalar üçün qida mənbəyinə çevrilir və bağırsaq selikli qişasını qoruyan qısa zəncirli yağ turşularının yaranmasına kömək edir.

Bundan əvvəl SberZdorovye şirkətinin endokrinoloqu Marqarita Belousova ürək sağlamlığı üçün zərərli qidaları sadalamışdı. Onun sözlərinə görə, fast food, yağlı ətlər və ağ çörək məhsulları pis xolesterini artıraraq damarların zədələnməsinə səbəb ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun