Dietoloq və PhD namizədi Aleksandra Quskova bildirib ki, ilıq temperaturda olan yeməklər bədəndə spazmların qarşısını alır və bağırsaqlar tərəfindən daha rahat həzm olunur.
E-saglam.az xəbər verir ki, o, Radio 1-ə verdiyi müsahibədə vurğulayıb ki, isti yeməklər sfinkterlərin açılmasına kömək edir, amma həddindən artıq isti yeməklər selikli qişanı qıcıqlandıra bilər. Soyuq yeməklər isə əksinə, bağırsaq spazmlarına səbəb ola bilər.
Mütəxəssis sağlam həzm üçün yeməklərin orta, yəni rahat temperaturda qəbul edilməsini və çox isti və ya çox soyuq qidalardan uzaq durmağı tövsiyə edib.
Quskova əlavə edib ki, düzgün temperaturda qidalanmaq orqanizmin ümumi funksiyalarını da dəstəkləyir.
Bundan əvvəl diyetoloq VJ Hamilton saç tökülməsinə səbəb ola bilən qidaları sadalamışdı. Onun sözlərinə görə, qazlı və spirtli içkilər saçların zəifləməsinə və tökülməsinə gətirib çıxara bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az