Qidalanma
Keçəlliyə səbəb olan iki
Qidalanma
84

Keçəlliyə səbəb olan iki içki açıqlanıb

Diyetoloq V.J. Hamilton bəzi içkilərin saç tökülməsini sürətləndirdiyini bildirib. Onun sözlərinə görə, şəkərli qazlı içkilər və alkoqol saçların zəifləməsinə və keçəlliyə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis “Daily Mail”ə açıqlamasında qeyd edib ki, xüsusilə həftədə 11 qutudan çox şəkərli içki istehlak edən insanlarda bu problem daha qabarıq müşahidə olunur. 330 millilitrlik bir soda qutusunda ən azı 15 qram şəkər var. Artıq şəkər orqanizmdə, o cümlədən saç köklərində gizli iltihablar yaradır. Bu isə saçların böyüməsini zəiflədir, onları quru və kövrək edir, nəticədə tökülməyə səbəb olur.

Hamilton əlavə edib ki, spirtli içkilər də saç sağlamlığına ciddi zərər vurur. Alkoqol susuzluğa yol açır, bu da baş dərisinə qan axınını azaldır və saçların qidalanmasını pozur. Nəticədə saçlar incəlir və tökülmə güclənir. Uzunmüddətli və həddindən artıq alkoqol istifadəsi isə bu prosesi daha da sürətləndirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun