Qidalanma
Qəhvəni sağlamlaşdırmağın
Qidalanma
24

Qəhvəni sağlamlaşdırmağın sadə üsulları

Qastroenteroloq Saurabh Sethi qəhvənin faydalarını artırmaq üçün sadə, lakin effektiv üsullar təklif edib.

E-saglam.az xəbər verir ki, o, Daily Mirror-a açıqlamasında bildirib ki, qara qəhvəyə bir çimdik darçın əlavə etmək içkini həm daha dadlı, həm də sağlam edir.

“Darçın güclü antioksidantlarla zəngindir və qan şəkərinin artımını azaltmağa kömək edir,” – deyə həkim vurğulayıb.

Sethi həmçinin qəhvəyə kokos yağı əlavə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu yağ enerji verir, beyin fəaliyyətini dəstəkləyir və uzun müddətli toxluq hissi yaradır.

Bundan başqa, qastroenteroloq sürtgəcdən keçirilmiş tünd şokolad əlavə etməyin də faydalı olduğunu bildirib. O qeyd edib ki, tünd şokolad polifenollarla zəngindir və qəhvə ilə birləşdikdə bağırsaq mikroflorasını gücləndirir, həmçinin güclü antioksidant mənbəyidir.

Daha əvvəl tibb eksperti Aleksandra Fileva qəhvənin ən zərərli növləri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, “üçü birdə” qəhvələr yüksək miqdarda şəkər və süni əlavələr səbəbindən sağlamlıq üçün ən zərərli növlər hesab olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun