İmmunitet sistemi bədənin xəstəliklərə qarşı əsas müdafiə qalxanıdır. O, virus, bakteriya və göbələk kimi zərərli mikroorqanizmlərlə mübarizə aparır. Lakin immunitet zəiflədikdə orqanizm bu təhlükələrə qarşı dayanıqsız olur və bir sıra xəstəliklərə yoluxma riski artır.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zəif immunitet zamanı ən çox aşağıdakı xəstəliklər müşahidə olunur:
- Tez-tez təkrarlanan soyuqdəymə və qrip,
- Angina, bronxit, sinusit kimi tənəffüs yolları infeksiyaları,
- Göbələk infeksiyaları (dəri və dırnaqlarda),
- Herpes virusu (dodaq və bədəndə təkrarlanan səpgilər),
- Sidik yolları infeksiyaları,
- Xroniki yorğunluq və enerji çatışmazlığı,
- Dərinin zəif sağalması və yaraların gec bitişməsi.
İmmunitetin zəifləməsinə yuxusuzluq, stress, balanssız qidalanma, vitamin çatışmazlığı, həmçinin fiziki aktivliyin azlığı səbəb ola bilər.
Mütəxəssislər immun sistemini gücləndirmək üçün meyvə-tərəvəzlərlə zəngin qidalanma, D və C vitaminlərinin qəbulu, bol su içmək, həmçinin mütəmadi fiziki aktivlik və keyfiyyətli yuxu tövsiyə edirlər.
Qeyd edək ki, güclü immunitet yalnız xəstəliklərdən qorunmaq deyil, həm də sağlam həyatın əsas şərtidir.
Nəzrin Abbas
E-saglam.az