Sağlamlıq
Uşaqlarda boy və çəki indeksi: Hansı göstəricilər normal sayılır?
Sağlamlıq
81

Uşaqlarda boy və çəki indeksi: Hansı göstəricilər normal sayılır? FOTO

Uşağın sağlam inkişafını izləməyin ən vacib yollarından biri onun boy və çəki nisbətini — yəni bədən kütlə indeksini (BKİ) düzgün qiymətləndirməkdir. Həkimlər bildirirlər ki, bu göstərici uşağın qidalanması, fiziki aktivliyi və ümumi sağlamlıq vəziyyəti haqqında mühüm məlumat verir.

E-saglam.az xəbər verir ki, BKİ uşaqlarda yaş və cinsə görə hesablanır. Yetkinlərdə olduğu kimi sabit rəqəmlərlə deyil, xüsusi boy-çəki faiz cədvəlləri ilə müəyyən edilir. Bu cədvəllərdə uşağın yaşı, cinsi və ölçüləri nəzərə alınır.

Mütəxəssislərin sözlərinə görə:

  • Əgər uşağın BKİ-si 5-ci faizdən aşağıdırsa, bu, çəkidə gerilik və ya qidalanma çatışmazlığı göstəricisi ola bilər.

  • 85-95 faiz aralığı artıq çəki riskini göstərir.

  • 95 faizdən yuxarı BKİ isə artıq çəki və piylənmə hesab olunur.

Pediatrlar valideynlərə məsləhət görür ki, uşaqların boy və çəkisini hər 6 aydan bir ölçsünlər və nəticələri həkimlə müqayisə etsinlər. Düzgün qidalanma, balanslı yuxu və gündəlik hərəkət aktivliyi sağlam böyümənin əsas şərtləridir.

İdeal göstəriciləri qorumaq, gələcəkdə piylənmə, ürək-damar və metabolik xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun