Mütəxəssislər bildirir ki, sadə bir vərdiş təzyiqin sabit qalmasına kömək edə bilər. Hər səhər müntəzəm olaraq 1 xörək qaşığı zeytun yağı qəbul edənlərin qan təzyiqi tənzimlənir, ürək və damar sağlamlığı qorunur.
E-saglam.az xəbər verir ki, Aralıq dənizi mətbəxinin ayrılmaz hissəsi olan zeytun yağı, tərkibindəki sağlam yağ turşuları və antioksidantlar sayəsində ürək-damar sistemini gücləndirir, damar elastikliyini artırır və qan təzyiqinin sabit qalmasına kömək edir.
Necə qəbul edilməlidir?
- Səhərlər ac qarına 1 xörək qaşığı zeytun yağı içmək tövsiyə olunur.
- Əgər tək içmək çətindirsə, içinə bir neçə damcı limon suyu əlavə etmək mümkündür.
- Bundan başqa, salatlarda və gündəlik yeməklərdə istifadə etmək də faydalıdır.
Bu sadə vərdiş sayəsində təzyiq normallaşır, ürək sağlamlığı qorunur və ümumi həyat keyfiyyəti yüksəlir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az