Nəzarətsiz şəkildə protein tozlarının qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara mədə-bağırsaq pozğunluqları və allergik reaksiyalar daxildir.
E-saglam.az xəbər verir ki, bu barədə NEWS.ru-ya danışan məşqçi–nutrisioloq Olqa Yablokova bildirib ki, protein əlavələrindən əsasən peşəkar idmançılar və mütəmadi güc məşqləri ilə məşğul olanlar istifadə etməlidir.
Mütəxəssisin sözlərinə görə, bu əlavələrin bir sıra əks göstərişləri var:
-
ağır qaraciyər və böyrək xəstəlikləri olanlar,
-
qarışığın komponentlərinə qarşı allergiyası olan şəxslər proteindən uzaq durmalıdır.
Olqa Yablokova əlavə edib ki, proteinin həddindən artıq istifadəsi nəticəsində qarında köp, ishal və ya qəbizlik kimi mədə-bağırsaq problemləri yarana bilər.
Nutrisioloq vurğulayıb ki, əslində əksər insanlar üçün protein tozları zəruri deyil. Zülalı daha faydalı şəkildə təbii məhsullardan almaq tövsiyə olunur:
-
ət
-
quş əti
-
balıq və dəniz məhsulları
-
yumurta
-
paxlalılar
Tərcümə: Nəzrin Abbas