Psychoneuroendocrinology (PNE) jurnalında dərc olunan araşdırmaya görə, testosteron gellərinin istifadəsi kişiləri sosial oyunlarda rəqibin davranışını təqlid etməyə daha meylli edir.
E-saglam.az xəbər verir ki, təcrübədə 21–22 yaşlı 62 sağlam gənc kişi iştirak edib. Onlardan birinə 150 mg testosteron geli çəkilib, digərinə isə plasebo verilib. Həm iştirakçılar, həm də tədqiqatçılar hansı vasitənin tətbiq olunduğunu bilməyiblər. Bir saat sonra iştirakçılar kompüter rəqibi ilə modifikasiya olunmuş “həbsxana dilemması” oyununda 100 dövrəyə qədər oynayıblar. Hər dövrədən sonra rəqibə dörd emojidən birini göndərmək mümkün olub.
“Həbsxana dilemması” oyununda iki oyunçu əməkdaşlıq və ya xəyanət arasında seçim edir. Hər iki tərəf əməkdaşlıq etsə, fayda əldə edilir, amma bir oyunçu xəyanət edərsə, o daha çox qazanır. Hər iki tərəf xəyanət edərsə, hər ikisi uduzur.
Nəticələr göstərib ki, testosteron təsirində olan kişilər:
-
rəqib əməkdaşlıq etdikdə daha tez əməkdaşlıq edirlər;
-
rəqib xəyanət etdikdə daha tez cavab olaraq xəyanət edirlər;
-
həmçinin rəqibin kədərli və ya əsəbi emojisinə daha tez əsəbi emojilərlə reaksiya verirlər.
Tədqiqat müəllifləri qeyd ediblər:
“Testosteron kişilərin əməkdaşlığa meylini artırır: rəqibi layiqli hesab etdikdə daha asan razılaşma edir".