Soyuqdəymə və qripp mövsümündə xalq təbabətinə əsaslanan təbii vasitələr immuniteti gücləndirməyə və xəstəliyin gedişatını yüngülləşdirməyə kömək edə bilər. Tanınmış fitoterapevt Fizuli Hüseynovun təqdim etdiyi bu resept orqanizmi iltihabdan təmizləyir, ağrıları azaldır və sağalma prosesini sürətləndirir.
E-saglam.az sizə həmin resepti təqdim edir:
Tərkibi:
- Zəncəfil – 50 qram
- Kəklikotu – 100 qram
- Cökə – 200 qram
Hazırlanması və qəbulu:
Bütün bitkiləri bir-biri ilə qarışdırın. Qarışımdan 3 xörək qaşığı götürüb 6 stəkan suda 15 dəqiqə dəmləyin. Süzdükdən sonra qarışığı termosa tökün və üzərinə 3 xörək qaşığı bal əlavə edin.
Gün ərzində bu bitki çayından bol miqdarda içmək orqanizmin viruslarla mübarizəsini gücləndirir, qrip və soyuqdəymənin əlamətlərini qısa zamanda aradan qaldırır.
Fitoterapevtin sözlərinə görə, bu vasitə bədəndəki ağrıları azaldır, bəlğəmi təmizləyir və xəstəliyin daha yüngül keçməsini təmin edir.
Nəzrin Abbas
E-saglam.az