Qidalanma
Fast foodlar
Qidalanma
20

Fast foodlar yaddaşı zəiflədir

ABŞ alimləri xəbərdarlıq ediblər ki, cəmi bir neçə gün ərzində “fast food” tipli, doymuş yağlarla zəngin qidaların qəbulu yaddaşa mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, belə qidaların müntəzəm istehlakı beynin yaddaş və öyrənmədən cavabdeh olan hissəsi — hipokampusun funksiyasını pozur.

UNC Tibb Məktəbinin alimləri siçanlar üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, lazımsız qidalar hipokampusdakı beyin hüceyrələrini həddindən artıq aktivləşdirir. Bu isə zamanla onların düzgün işləməsinə mane olur və yaddaş zəifləməsinə gətirib çıxara bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun