Hər saat günə 1 stəkan ilıq su ilə başlamaq bağırsaqları qoruyur.
E-saglam.az xəbər verir ki, yaxşı əhval-ruhiyyənin və sağlamlığın açarı sadə səhər vərdişlərində gizlidir. Bu barədə Başqırdıstan Müharibə Veteranları Respublika Xəstəxanasının mütəxəssisləri UfaTime.ru-ya danışıblar.
Həkimlərin sözlərinə görə, səhər oyandıqdan sonra ilk qayda — bir stəkan ilıq su içməkdir. Əgər mədə-bağırsaq problemləri yoxdursa, suya limon da əlavə etmək olar. Bu, həzm sistemini “oyadır”.
Mütəxəssislər əlavə ediblər ki, səhər yeməyi mütləq liflə zəngin olmalıdır. Bunun üçün yulaf sıyığı, çovdar çörəyi və ya təzə meyvələr ideal seçimdir. Bu cür qidalar bağırsaqların fəaliyyətini yaxşılaşdırır və toksinlərin orqanizmdən çıxmasına kömək edir.
Bundan başqa, səhər menyusuna fermentləşdirilmiş məhsullar da daxil edilməlidir — təbii yoqurt və ya kefir. Onlar probiotiklərlə zəngindir, bağırsaq mikroflorasını qoruyur və immuniteti gücləndirir.
Tərcümə: Nəzrin Abbas