Faydalı
Çay faydalı deyil, əksinə… –
Faydalı
103

Çay faydalı deyil, əksinə… – Endokrinoloq izah edir

Həkim çayın gizli təhlükələri barədə xəbərdarlıq etdi

E-saglam.az xəbər verir ki, Endokrinoloq Yulia Vereina çayın bəzi sağlamlıq təsirlərinə diqqət çəkib. Gazeta.Ru-ya verdiyi müsahibəsində o bildirib ki, bir və ya iki stəkan çay zərərsiz olsa da, çoxlu miqdarda içmək xoşagəlməz nəticələrə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, çay:

Oral kontraseptivlərin təsirini azalda bilər;

Dəmir və bəzi vitaminlərin sorulmasına mane olur;

Digər dərmanların təsirini zəiflədə bilər;

Vitamin əlavələrinin faydalarını azalda bilər.

Vereina izah edib ki, bu təsirlərin səbəbi çayın tərkibində olan taninlərdir. Taninlər bəzi vitaminlərlə həll olunmayan birləşmələr əmələ gətirərək onların sorulmasını azaldır, həmçinin bağırsaq mikroflorasına təsir edərək narahatlıq və ağrıya səbəb ola bilər.

Endokrinoloq həmçinin bildirib ki, böyük miqdarda çay sidikqovucu təsir göstərdiyi üçün susuzluğa yol aça bilər. Tərkibindəki kofein isə bəzi insanlarda yuxu pozğunluğu, narahatlıq və əsəbilik yarada bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun