Gözəllik-dəb
Dırnaqların sınmaması üçün nə edək?
Gözəllik-dəb
51

Dırnaqların sınmaması üçün nə edək? TÖVSİYƏ

Dırnaqların tez sınması və zəifləməsi həm estetik görünüşü pozur, həm də narahatlıq yaradır. Onların sağlam qalması üçün bir neçə sadə vərdiş kifayətdir.

E-saglam.az xəbər verir ki, ilk növbədə dırnaqları daim nəmləndirmək vacibdir. Kremlər və xüsusi yağlar dırnaq qatının qurumasının qarşısını alır. Ev işləri zamanı, xüsusən də yuyucu vasitələrlə işləyərkən əlcək geyinmək dırnaqları qoruyur. Dırnaqları çox qısa kəsmək və ya iti qayçı ilə kəsmək tövsiyə olunmur – bunun əvəzinə pilkadan istifadə etmək daha yaxşıdır.

Dırnaqları dişləmək və sərt səthlərdə sınamaq kimi vərdişlərdən uzaq durmaq lazımdır. Qidalanmada isə kalsium, sink, zülal və biotinlə zəngin məhsullara üstünlük verilməlidir – bu, dırnaqların möhkəmlənməsinə kömək edir. Eyni zamanda tez-tez dırnaq boyasından istifadə etmək və asetondan çox yararlanmaq onları zəiflədir, buna görə də arada fasilə vermək vacibdir.

Sadə, amma davamlı qaydalara əməl etməklə dırnaqlar sağlam, parlaq və möhkəm qala bilər.

 Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun