Tünd şokolad 2-ci tip şəkərli diabet riskini azaldır
E-saglam.az xəbər verir ki, Harvard Universitetinin yeni araşdırmasına görə, tünd şokoladın (amma südlü şokoladın yox) qəbulu 2-ci tip diabet riskinin azalması ilə əlaqəli ola bilər.
Şokolad və şəkərli diabet arasındakı əlaqə ilə bağlı çoxsaylı araşdırmalar mövcuddur, lakin nəticələr birmənalı olmayıb. Həmçinin az sayda tədqiqat şokoladın alt növlərini – tünd və südlü şokoladı fərqləndirib.
Bu boşluğu doldurmaq üçün alimlər 30 ildən artıq müddət ərzində 192 min nəfərdən çox sağlam yetkinin qidalanma vərdişlərini, o cümlədən şokolad istehlakını izləyiblər. Araşdırma dövrünün sonuna qədər iştirakçılardan 19 mininə 2-ci tip diabet diaqnozu qoyulub. Onlardan təxminən 5 min nəfəri daha əvvəl şokolad (tünd və ya südlü) qəbul etdiyini bildirmişdi.
Nəticələr göstərib ki:
-
Həftədə azı 5 porsiya hər hansı şokolad qəbul edənlərin şəkərli diabetə tutulma riski 10% aşağı olub.
-
Tünd şokolad qəbul edənlərdə isə bu göstərici daha da yüksək – 21% az risk müşahidə edilib.
-
Hər əlavə porsiya tünd şokolad həftəlik istifadəsi diabet riskini orta hesabla 3% azaldıb.
-
Südlü şokolad isə bu baxımdan fayda göstərməyib. Əksinə, onun çox qəbulu çəki artımına səbəb olaraq 2-ci tip diabet riskini yüksəldə bilər.
Tərcümə: Nəzrin Abbas