Qidalanma
Qəhvə və şokolad sevgisi
Qidalanma
52

Qəhvə və şokolad sevgisi genetik imiş

İnsanların qəhvəni daha çox içməsi və acı şokoladı südlü şokolada üstün tutması genlərlə bağlıdır. Araşdırma göstərib ki, sürətli kofein metabolizminə malik olan insanların beyni acılığı enerji və ayıqlıqla əlaqələndirir. Bu isə onların daha çox qəhvə içməsinə və tünd şokolad yeməsinə səbəb olur.

E-saglam.az xəbər verir ki, nəticələr Scientific Reports jurnalında dərc olunub.

Araşdırmaya görə, kofeinin dadı, aroması və zənginliyi əsas rol oynamır. Sadəcə olaraq, orqanizmdə kofein tez parçalandığı üçün onun təsiri az müddət davam edir. Buna görə də beyin “acı dad – oyanıqlıq” refleksi formalaşdırır və bu insanlar daha çox kofein qəbul etməyə meyilli olurlar.

Tədqiqat 126 min nəfərin məlumat bazası əsasında aparılıb. İştirakçılar qida və içki vərdişləri barədə sorğu doldurub, eyni zamanda onların genetik məlumatları təhlil edilib. Alimlər kofeinə həssaslıqla qida seçimləri arasında birbaşa əlaqə müəyyən ediblər.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr sağlamlıq sahəsində yeni araşdırmalara ciddi təsir göstərə bilər. Çünki tünd qəhvə və qara şokoladın istifadəsi Parkinson xəstəliyi, ürək-damar problemləri, 2-ci tip diabet və bəzi xərçəng növlərinin riskini azaldır. Bundan əlavə, 3–4 fincan qəhvə gündəlik qəbulu qaraciyər xəstəliklərinin qarşısını ala bilər, tünd şokolad isə ürək sağlamlığını dəstəkləyir.

Alimlərin qənaətinə görə, qəhvəni südsüz və şəkərsiz içənlər sağlamlıq baxımından fərqli nəticələr əldə edə bilərlər. Çünki bu qrup insan həmçinin digər acı dadlı məhsullara, xüsusən də tünd şokolada üstünlük verir.

Əvvəlki araşdırmalar da göstərib ki, qəhvəyə genetik meyilliliyi olan insanlar daha az çay içir, eyni zamanda acı dadlara həssaslıqları səbəbindən spirtli içkiləri də daha az qəbul edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun