Qidalanma
Həkim beynin fəaliyyəti üçün bu qidanı
Qidalanma
58

Həkim beynin fəaliyyəti üçün bu qidanı məsləhət gördü

Qidalanma mütəxəssisi Natalia Çayevskaya yaşıl çayın beyin sağlamlığı üçün böyük faydaları olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, o, NEWS.ru-ya müsahibəsində yaşıl çayı “beyin üçün təbii dopinq” adlandırıb.

Mütəxəssisin sözlərinə görə, yaşıl çayın tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və xüsusən də katexinlər, beynin toksinlərdən təmizlənməsinə kömək edir. “Xüsusilə EGCG adlı katexin, hüceyrələrin təmizlənməsində mühüm rol oynayır və beyin fəaliyyətini dəstəkləyir”, – deyə Çayevskaya qeyd edib.

O, gündə 2-4 fincan keyfiyyətli, təzə dəmlənmiş yaşıl çay içməyin faydalı olduğunu vurğulayıb. Çayın düzgün hazırlanması da vacibdir: 70-80°C temperaturda su ilə 2-3 dəqiqə dəmlənməlidir.

Bununla belə, mütəxəssis xəbərdarlıq edib ki, həssas insanlarda yaşıl çayın tərkibindəki kofein ürək döyüntülərinə və yuxu pozğunluqlarına səbəb ola bilər. Həmçinin, mədə-bağırsaq xəstəlikləri olan şəxslər çayı pəhrizə daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Anemiyası olan insanlara isə yeməkdən dərhal sonra çay içməmək, ən azı bir saat gözləmək tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun