Çox insan turşunun mədəyə zərərli ola biləcəyini düşünərək ondan uzaq durur. Halbuki, turşu yalnız ləzzəti ilə deyil, ümumi sağlamlıq üçün də çoxsaylı faydaları ilə seçilir. Hətta gündə cəmi iki xörək qaşığı turşu, bəzi kanserogen maddələri təsirsiz hala gətirə bilir.
E-saglam.az xəbər verir ki, bu barədə qidalanma və pəhriz üzrə mütəxəssis Tuba Örnek öz müsahibəində deyib. Onun sözlərinə görə, meyvə və tərəvəzlərin fermentasiya yolu ilə uzun müddət saxlanması nəticəsində əldə olunan turşu, bağırsaq sağlamlığını qorumaq və gücləndirməkdə mühüm rol oynayır.
Fermantasiya prosesi nəticəsində yaranan faydalı bakteriyalar bağırsaqlarda K2 vitamini də daxil olmaqla bir çox vitamin və həzmə kömək edən fermentlərin istehsalını dəstəkləyir. Demək olar ki, bütün tərəvəzlərdən turşu hazırlamaq mümkündür, lakin yüksək antioksidant tərkibli kələm və çuğundur turşusu xüsusilə tövsiyə olunur. Sağlamlığı ilə bağlı ciddi problemi olmayan insanlar üçün gündə orta hesabla 2 xörək qaşığı turşu faydalı hesab edilir.
Örnek bildirib ki, turşu, bəzi xəstəliklər və həssaslıqlar istisna olmaqla, süfrələrdən əskik edilməməlidir. Lakin təzyiq, böyrək, mədə, ürək və ya şəkər xəstəliyi olan şəxslər, yüksək duz miqdarı səbəbilə turşunu həkimlə məsləhətləşərək pəhrizə daxil etməlidirlər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az