Ürək-damar sağlamlığı baxımından bir çox faydası olan sarımsaq, mütəxəssislər tərəfindən hər gün 1 diş udulması tövsiyə edilir. Yalnız bədən üçün deyil, saç və dəri üçün də gözəl faydaları var. Saç tökülməsindən yeni saçların çıxmasına qədər təsirli olan sarımsaq saçlarda necə istifadə edilməlidir və sarımsaqın saçlara faydaları nələrdir?
E-saglam.az xəbər verir ki, sarımsaq keçmişdən bu günə qədər ən təbii antibiotiklərdən biridir. Şəfalı və faydalı xüsusiyyətləri ilə tanınan sarımsaq ölkəmizin demək olar ki, bir çox əyalətində yetişir. Ürək sağlamlığı və damar tıkanıklığı kimi vacib xəstəliklərin müalicəsində təsiri olan sarımsaqın faydaları yalnız bunlarla məhdudlaşmır, həm də müxtəlif sahələrdə möhtəşəm təsirlər göstərir. Qoxusu səbəbindən bir çox insan tərəfindən bəyənilməyən sarımsaq yeməklərə fərqli bir ləzzət əlavə edir.
Soğanlı bir bitki növü olan sarımsaq üzərində aparılan araşdırmalara görə, saça qulluqdan tökülməyə və hətta saç köklərinin gücləndirilməsinə qədər fərqli problemlərə də təsir göstərir. Saçlarınızın tökülməsindən və ya cansız olmasından şikayət edirsinizsə, mütləq sarımsaqla qulluq edə bilərsiniz.
Sarımsaqda olan vitamin və minerallar saç sağlamlığında mühüm rol oynayır. Məsələn, bol miqdarda kalsium ehtiva edən sarımsaq, saçlara tətbiq edildikdə saçların qüsurlu böyüməsinin qarşısını alaraq saçların sağlam şəkildə böyüməsinə təsir edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az