Tibbi xəbərlər
“Azərsilah” əməkdaşı istehsalat
Tibbi xəbərlər
14

“Azərsilah” əməkdaşı istehsalat qəzasında yaralanıb

"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.

E-saglam.az APA-ya istinadla xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib.

Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun