Sağlamlıq
Sağlam sidiyin
Sağlamlıq
81

Sağlam sidiyin 3 əsas göstəricisi

Sidiyin sağlam olub-olmadığını müəyyənləşdirmək üçün üç əsas xüsusiyyətə diqqət etmək lazımdır.

E-saglam.az xəbər verir ki, bu barədə həkim Sarah Marin Burbell “20 dəqiqə” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, sidiyin ideal rəngi açıq sarıdır. İnsan çox su içdikdə rəng demək olar ki, şəffaf olur, əks halda daha tünd sarıya çevrilir. Mütəxəssis bildirib ki, bu rəngdən fərqli bütün çalarlar sağlamlıq problemlərinə işarə edə bilər.

İkinci meyar sidiyin köpüklü olub-olmamasıdır. Bu halda böyrəklərin vəziyyətini yoxlamaq vacibdir. Üçüncü əlamət isə tutarlılıqdır. Əgər sidikdə pulcuqlar müşahidə olunursa, o buludlu və ya südlü rəngdədirsə, bu, bədəndə yoluxucu prosesin mövcudluğundan xəbər verir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun