Faydalı
Yataq otağında sağlamlığa təhlükə yaradan
Faydalı
54

Yataq otağında sağlamlığa təhlükə yaradan 3 əşya

Amerikalı qastroenteroloq Saurabh Sethi yataq otağında insan sağlamlığına zərərli olan üç əsas şeyi qeyd edib.

E-sağlam.az sözügedən əşyaları təqdim edir:

  • Köhnə yastıqlar
    Zamanla yastıqlarda toz gənələri, tər, nəmlik və allergenlər yığılır. Bu həm xoşagəlməz qoxuya, həm də dəri infeksiyalarına səbəb ola bilər. Həmçinin, köhnəlmiş yastıqlar boyun ağrısı, baş ağrısı və yuxusuzluq yarada bilər.

  • Hava təravətləndiricilər
    Çox hava təravətləndiricilər ftalatlar, formaldehid, benzol və toluen kimi kimyəvi maddələr buraxır. Bunlar tənəffüs yollarını qıcıqlandırır, öskürək, hırıltı və nəfəs darlığına səbəb ola bilər. Xroniki istifadəsi sağlamlıq problemlərini və hətta xərçəng riskini artırır.

  • Köhnə döşəklər
    Döşəklər də yastıqlar kimi toz, ölü dəri hüceyrəsi, nəmlik və gənələri toplayır. Bu isə otaqdakı havanı çirkləndirir və allergiyalara, tənəffüs problemlərinə səbəb ola bilər.

Qeyd edək ki, hava şəraitindən asılı olmayaraq, yatmazdan öncə yataq otağını havalandırmaq sağlamlıq üçün önəmli faktorlardan biridir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun