Tibbi xəbərlər
Uroloq yaşa görə gündə neçə dəfə sidiyə getməyin
Tibbi xəbərlər
59

Uroloq yaşa görə gündə neçə dəfə sidiyə getməyin normal olduğunu izah edir

Tanınmış uroloq Dr. Həmid Abboudi, demək olar ki, hər kəsi düşündürən “Mən tualetə tez-tez gedirəm?” sualına cavab verib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, sağlam bir insanın gündə neçə dəfə sidiyə getməsi əsasən yaşdan asılıdır. Hər həyat mərhələsində “normal” hesab edilən diapazon fərqlidir.

Həyat mərhələləri üzrə orta tezlik:

Uşaqlıq: Kiçik uşaqlar gündə 8-14 dəfə, böyük uşaqlar isə 6-12 dəfə sidiyə çıxır.

Yeniyetməlik: Adətən gündə 4-6 dəfədir; hormonal dəyişikliklər səbəbilə tezlik bəzən arta bilər.

Yetkinlik (60 yaşdan aşağı): Gündə 6-9 dəfə sidiyə çıxmaq normal sayılır. Qadınlar kişilərə nisbətən bir az daha tez-tez (təxminən 5,6 vs. 4,8 dəfə) sidiyə çıxır. Gecədə bir dəfə oyanmaq da normaldır.

Yaşlı yaş (60-dan yuxarı): Böyrək funksiyası və sidik kisəsi əzələlərinin zəifləməsi səbəbilə tezlik artaraq gündə on dəfə qədər ola bilər. Gecə bir neçə dəfə oyanmaq (nokturiya) bu yaş qrupunda daha çox rast gəlinir.

Sidik vərdişlərinə əlavə təsir edən faktorlar arasında çay, qəhvə, spirt, hamiləlik və bəzi dərmanlar (diuretiklər) də var.

Həkimə müraciət etməli olduğunuz hallar:

- Sidikdə qan görsəniz.

- Normal vərdişlərdə ani və səbəbsiz dəyişikliklər müşahidə olunarsa.

- Gecədə bir dəfədən çox oyanırsınızsa.

Dr. Abboudi həmçinin qeyd edir ki, siqaret çəkənlər sidik vərdişlərindəki dəyişikliklərə daha diqqətli olmalıdırlar, çünki bu, sidik kisəsi xərçəngi riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun