Ağır atletika və ayaq üstə uzun müddət işləmək alt ətraflara əlavə stress yaradır və tromboemboliya riskini artırır.
E-saglam.az xəbər verir ki, bu barədə terapevt və tibb elmləri namizədi Andrey Kondrakhin AiF-ə açıqlamasında bildirib.
Həkim vurğulayıb ki, problem yükün özü deyil, həddindən artıq yüklənmədir. Ağır məşqlər və uzun müddət ayaq üstə qalmağı tələb edən peşələr – diş həkimləri, cərrahlar, müəllimlər və yükləyicilər – alt ətraf venoz qan dövranını pozaraq tromboemboliya və damar xəstəliklərinə səbəb ola bilər.
Kondrakhin əlavə edib ki, risk faktorlarını tam aradan qaldırmaq mümkün olmasa da, alt ətrafların müntəzəm ultrasəs müayinəsi ilə problemlər vaxtında aşkarlanır.
Tromboemboliyanın qarşısını almaq üçün həkim aşağıdakı tədbirləri tövsiyə edir:
-
Kompressiya trikotajı geyinmək,
-
Ayaqları istirahət zamanı qaldırmaq,
-
Hərəkəti artırmaq və uzun müddət oturub-qalmamaq,
-
Damar sağlamlığı üçün həkim nəzarəti altında profilaktik tədbirlər görmək.
Kondrakhin bildirir ki, bu sadə tədbirlər tromboz riskini əhəmiyyətli dərəcədə azalda və ciddi xəstəliklərin qarşısını ala bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az