Sağlamlıq
Zəhərlənmə zamanı nə etmək olmaz?
Sağlamlıq
54

Zəhərlənmə zamanı nə etmək olmaz? HƏYATİ TƏHLÜKƏ YARADARSINIZ

Zəhərlənmə halında ilk addım həkimə müraciət etməkdir. Özünü müalicə etmək təhlükəlidir, çünki ilkin mərhələdə baş verənləri düzgün qiymətləndirmək çətin olur.

E-saglam.az xəbər verir ki, bu barədə qastroenteroloq Olqa Torozova Moskovsky Komsomolets-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, virus infeksiyaları, botulizm və hətta kəskin cərrahi patologiyalar zəhərlənmə simptomları ilə qarışdırıla bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, həkimə müraciət etməzdən əvvəl ağrıkəsici qəbul etmək olmaz – bu, klinik mənzərəni bulanıqlaşdırır.

Qastroenteroloq Marqarita Lysova əlavə edib:

"İshal başlayan anda onu dayandıran preparatlardan istifadə etmək olmaz. Bu dərmanlar prosesi saxlayır və nəticədə toksinlər orqanizmdə daha çox yığılır."

Həkimlərin tövsiyəsinə görə, zəhərlənmənin ilk əlamətlərində bədənin maye balansını bərpa etmək və dərhal tibbi yardım almaq vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun